")
Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbilinin vəfatının birinci il dönümü ilə bağlı xatirə toplantısı:
11/23/2017

Şiə aləminin dəyərli müctəhidi, Müfid mədrəsəsi və universitetinin təşkilatçısı həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbilinin vəfatının birinci il dönümü ilə bağlı həftənin dördüncü günü Ustadlar, tələbələr və hövzənin dəyərli şəxsiyyətlərinin hüzuru ilə Qum şəhərində yerləşən Mufid universitetində məclis təşkil edilmişdir. Ayətullah əl-üzma Sistaninin mütlək nümayəndələri Məhəmməd Rza Behişti, Ayətullah seyid Əli Mühəqqiq Damad, höccətül islam vəl müslimin Şəhristani və həzrət Məsumənin (ə) müqəddəs hərəminin qəyyumluğu höccətül-islam vəl müslimin seyid Məhəmməd Səidi və Fərşad Mömini həmçinin hövzənin müxtəlif səviyyəli ustadlarından bir çoxu bu məclisdə iştirak etmişlər. Bu məclisdə Ayətullah Mühəqqiq Damad, höccətul islma vəl Müslimin Əyazi, Höccətul islam vəl Müslimin Ədib, Fərşad Momini və höccətul islam vəl Müslimin seyyid Əli Musəvi Ərdəbili söhbət etmişdir.  Müfid adı ilə bağlı olan universitetin əminlər təşkilatçısının müdiri həzrət Ayətullah əl-üzma seyid Əli Mühəqqiq Damad Qum şəhərində mərhum Ayətullah əl-üzma Musəvi Ərdəbilini xatırladan elmi yığıncaqda bu böyük alim və müctəhidin vəfat etməsini elmi hövzələr və ümumi camaat üçün bir böyük itki olmasının qeyd edərək bəyan etmişdir: Qum və digər şəhərlərdə təşkil edilən ümumi məclislərin qurulmasından əlavə, Onun bərəkətli həyatının səmərələrindən olan Müfid universitetində təşkil olunan xüsusi məclis çox lazım və bəyənilmiş bir işdir. O, qeyd etmişdir rəvayətlərə əsasən Peyğəmbərin (s) vəfatı və böyük alimlərin ölümü təkcə islamda yox, yer üzündə baş verən bir qüsurdur. Yerin ağırlığı elmlədir və bu sahədə hər hansı bir qüsur baş verərsə yer üzündə bir  qüsurdur, buna görə, belə bir hadisələr üçün haq budur ki, məclislər qurulsun, araşdırmalar aparılsın,  yada salınsın və bunlardan daha çox inkişafımız üçün bir növ fürsət əldə edək. Müfid universitetinin elmi heyətinin üzvü höccətul islam vəl müslimin doctor Quds Sərhayi mərhum Ayətullah əl-üzma Musəvi Ərdəbilinin vəfatının il dönümü münasibəti ilə keçirilən məclisdə demişdir: Onun etiqadı bu idi ki, “Fiqh” və “Usul” elmləri gərək camaatın ehtiyaclarını ödəmiş olsun. O, söhbətlərində Mərhum Ayətullah əl-üzma Musəvi Ərdəbilini təvazokar bir müəllim, şagird yetişdirən, zahid və abid bir şəxsiyyət olmaqını bəyan edərək demişdir: Mərhum Ərdəbili öz ustadlarının hüzurunda əxlaq elmindən hər nə öyrənmişdirsə özündə cilvələndirmişdir. Müfid universitetinin elmi heyətinin üzvü demişdir: Bu böyük şəxsiyyətin elmi əxlaqi xüsusiyyətlərindən biri fikir azadlığı olmuşdur ki, ona çox müqəyyəd idi və onun məclisində rahatçılıqla bütün nəzərləri bəyan etmək olurdu və aşkarcasına qarşı tərəfin nəzərini qəbul edirdi. Müfid universitetində Mərhum Ayətullah əl-üzma Musəvi Ərdəbilin xatirəsi ilə bağlı elmi yığıncaqda cənab doctor Fərşad Mömini demişdir: Bu fəqih və alim əzəmətli bir şəxsiyyət idi və cəmiyyətimizdə tanınmamış mühüm çox böyük haqqı vardır. Bu məclisin davamında Mərhum Ayətullah əl-üzma Musəvi Ərdəbilinin fikrilərinə baxış toplantısı, Müctəhidin şəxsiyyəti haqda göndərilən məqalələr və həmçinin O, mərhumun fiqhə aid olan kitabların nümayiş olunması bu xatirənin proqramlarından biri idi.