Su içərkən məkruh olan əməllər
Su içərkən məkruh olan əməllər

1. Yağlı xörəkdən sonra su içmək;

2. Gecə vaxtı ayaq üstə su içmək;

3. Sol əllə su içmək;

4. Kuzə, stəkan və ya istənilən bir qabın sınıq yerindən və qulpu olan yerdən su içmək;

 

Sual: Dəniz heyvanlarından hansıları halal, hansıları haramdır?

Cavab: Dəniz heyvanları arasında krevet (meyqu) və pullu balıqlar halaldır. Pullu balığın pulu tökülsə də  halal sayılır. Pulsuz balıqlar, xərçəng, qurbağa kimi canlılar haramdır.

 

Sual: Hansı quşların əti halal, hansılarınkı haramdır?

Cavab: Caynağı olan qızılquş, kərkəs, şahin kimi quşların əti haramdır. Vacib ehtiyata əsasən, qaranquş, hud-hud kimi quşların ətindən də çəkinmək lazımdır. Amma göyərçin, ev toyuğu, ördək, hind toyuğu və müxtəlif sərçələrin əti halaldır.

 

Sual: Uşaqlar murdarlanmış şeydən yeyə bilərmi?

Cavab: Xeyr. Uşaqlara zərər verəcəyi təqdirdə onların həmin şeydən yeməsi haramdır. Hətta zərəri olmasa da, vacib ehtiyata əsasən, həmin qidalardan çəkinməlidirlər.

 

Sual: Bir şəxsin murdar şey yediyini görsək ona bir söz deməliyikmi?

Cavab: Xeyr. Amma həmin şəxs yediyi şeyin haram olduğunu bilmirsə, onu mə`lumatlandırmaq lazımdır.

 

Sual: Əgər bir qonaq verilən yeməklərin murdar olduğunu bilsə, başqalarına deməlidirmi?

Cavab: Xeyr. Amma deməyəcəyi halda murdarlığın özünə də sirayət edəcəyini görərsə, yeməkdən sonra deyə bilər.

 

Sual: Əgər insanın qidasından bir hissəsini heyvan yeyərsə, onun qalan hissəsini yemək olarmı?

Cavab: İt, donuz, kafirin artığını yemək haramdır. Əti haram olan heyvanların artığı pakdır. Amma həmin qidanı yemək məkruhdur.